“Kim Qarabağ məsələsini həll edəcək? Siz? Bir neçə korrupsioner? Ordunu talayan?...” - YENİLƏNİB

Baxış sayı:
13186

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün-Şuşanın işğalı günü həmin işğala başçılıq edənlər və daha sonra 20 il ərzində hakimiyyətdə olanlar haqda sərt ifadələr işlədib.
Paşinyan mətbuat konfransında deyib: “Qarabağ məsələsini xalqın həll etməli olduğunu deyəndə təəcüblənirlər. Əvvəllər baş naziri xalqın seçməli olduğunu deyəndə gülürdülər. Respublikaçılar və onlara yaxın olanlar gülürdülər. Budur, xalq seçib. Alınıb axı. Və yenə təəcüblənirlər-Qarabağ məsələsini xalq həll edəcək? Bəs kim həll etməlidir? Siz? Bir neçə korrupsioner? Ordunu talayanlar Qarabağ məsələsini həll edəcək? Sizin evləriniz İtaliyadadır, Baden-Badendədir. Siz kimsiniz axı? Heç bir medallar onlara məsələni həll etmək haqqı vermir. Əlbətdə xalq həll edəcək. Ermənistanda hər şeyə görə xalq qərar verəcək. Qanunla müəyyən olunmuş qaydada. Bununla barışın”.
O əlavə edib ki, əgər danışıqlar prosesində xalqa təqdim olunmağa layiq həll variantı ortaya çıxsa həmin variantı xalqa açıqlayacaq. Xatırladaq ki, Paşinyan bu günlərdə Qarabağ məsələsini xalqın həll etməli olduğunu deyib. Bildirib ki, xalq məsələnin həllini necə gördüyünü müəyyənləşdirməli və ona müvafiq təlimat verməlidir.

***
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın indiki və keçmiş qondarma “liderlərinin” eks-prezident Robert Köçəryanın həbsxanadan buraxılması, onun Şuşanın işğalı münasibətilə keçirilən mərasimlərdə iştirakına icazə verilməsi haqda çağırışını rədd edib.

Virtualaz.org erməni KİV-lərinə istinadən  xəbər verir ki, Paşinyan bu haqda jurnalistlərlə söhbətində danışıb. “Mən hesab etmirəm ki, Dağlıq Qarabağ hakimiyyəti hansısa formada Ermənistanın daxili işlərinə qarışa bilər. Və ümumiyyətlə heç kim bunu edə bilməz-Ermənistan müstəqil, suveren ölkədir”-o Bako Saakyanın və Arkadi Qukasyanın çağırışına cavab olaraq bildirib.

 

Paşinyanın sözlərin görə, Saakyanın və Qukasyanın Ermənistanın baş prokuroruna ünvanladıqları məktubda bəhs edilən “milli birlik” məsələsi də baş tutan deyil. Çünki dövlət vəzifələrində olanların qohumları və ailə üzvləri milyonçuya çevrilirsə belələri ilə milli birlikdən söhbət gedə bilməz.

“Serj Sərkisyan hələ də bu suala cavab verməyib ki, nəyə görə onun ailəsi milyonçu olub, amma əsgər yeməyə çörək tapmayıb. Mən belələri ilə bir ola bilmərəm. Elə şeylər var ki, mən onları bağışlamaram. Bu haqda danışmayacam, amma bağışlamaq fikrim də yoxdur. Mən ailələri milyonçu olan məmurlarla bir ola bilmərəm”-o qeyd edib.