​KİM KARDAŞYANDAN ŞOK AÇIQLAMA: “Tramp məni ofisə çağıranda çılpaq idim”

Baxış sayı:
8893

ABŞ-da yaşayan erməni əsilli model Kim Kardaşyan Prezident Donald Trampla görüşündən danışıb.
ABC TV-yə müsahibəsində o, oval ofisdə prezidentlə səmimi bir görüşün keçdiyini deyib.
Görüşdə məhkəmə islahatları və digər məsələlər ətrafında müzakirə apardıqlarını bildirən Kim Kardaşyan Trampın onun görüş təklifini qəbul etməsilə əlaqədar maraqlı fikirlər səsləndirib:
“Ümidim yox idi ki, Tramp təklifimi qəbul edəcək. Bir neçə dəfə bununla bağlı müraciət etmişdim. Amma son müraciətimi qəbul etdi. Bir həftə sonra məni ofisə çağıranda mən çılpaq idim”.
Kim Kardaşyan görüşdən sonra Amerika prezidenti ilə aralarında isti əlaqələrin yaranması ilə bağlı yayılmış söhbətlərə də aydınlıq gətirib:
“Bu haqda eşitmişəm. Bu söhbətlərin haradan yarandığı mənə məlum deyil”(teleqraf.com).