Kim Çen İn əsl peşəkardır - POMPEO

Baxış sayı:
5029

Şimali Koreya lideri Kim Çen İn danışıqları peşəkarcasına aparır.
Muxalifət.az xəbər evrir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo “Foks Nyus”a müsahibəsində deyib.
“Mən Kimlə xeyli vaxt keçirdim, onunla dialoqumuz peşəkar səviyyədə oldu. O, nəyə nail olmaq istədiyini bilir və çətin danışıqlara qadirdir”, - Pompeo bildirib.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İn ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşü zamanı ölkəsindəki nüvə təsisatlarına yoxlanış keçirilməsinə icazə vermişdi.