​Kim Çen İni öldürmək üçün xüsusi qrup yaradıldı

Baxış sayı:
2803

Cənubi Koreya hökuməti Şimali Koreya liderinin məhv edilməsi üçün xüsusi qrup yaradıb.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Koreya Herald” qəzeti yayıb.
Qəzet bu qrupun təlimi və təchizatı üçün Cənubi Koreya hərbi büdcəsindən 310 min dolların ayrıldığını bildirib. Bu pula həmçinin rəsmi Seulun kamikadze pilotsuz aparatları, kəşfiyyat dronları da almaq niyyətində olduğu vurğulanıb. Gələn il üçün isə bu maliyyəşmənin artırılması nəzərdə tutulub. Ümumilikdə Şimali Koreya liderinin məhvinə 24 milyon dolların ayrılması planlaşdırılıb.
Qeyd edək ki, yeni komanda ABŞ-ın Usamə Ben Ladenin ölümündə istifadə etdiyi SEAL Tim Siks proqramı əsasında məşq edəcək.
Cənubi Koreya ilk belə bir qrupu 1968-ci ildə qurub. 31 məhbusdan təşkil edilən qrupun sonu faciəvi olub. Keçirilən ağır məşqlər zamanı onlardan 3-ü həlak olub. Daha sonra qrup onlar üçün nəzərdə tutulan əməliyyata göndərilib. Nəticədə 1971-ci ildə onlar üsyan edərək, öz təlimçilərini öldürüb, Seula getməyə cəhd etsələr də buna nail ola bilməyib. Ordunun mühasirəsinə düşən şəxslər özlərini qumbara ilə partladıblar. Onlardan sağ qalan 4 nəfər isə sonradan edam edilib.