Kim Çen In Cənubi Koreya ilə danışıqlara RAZILIQ VERDİ

Baxış sayı:
3996

KXDR Cənubi Koreyanın yüksək səviyyəli danışıqların aparılmasına dair təklifini qəbul edib və gələn həftə bu mövzuya zaman ayıracağını deyib.
Publika.az xəbər verir ki, sözügedən təklif rəsmi Seul tərəfindən yanvar ayının 9-a planlaşdırdığı sonuncu təklifdir. Danışıqlarda Şimali Koreyanın Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarında mümkün iştirakı, eləcə də iki ölkə arasındakı münasibətlərin müzakirəsi gözlənilir.
Bundan başqa, hər iki ölkə lideri aparılacaq danışıqlara dair işçi məsələlərini də müzakirə edəcəklərini bildiriblər.
Xatırladaq ki, bundan əvvəl KXDR və Cənubi Koreya nümayəndələri arasında telefon söhbəti olub. Söhbət zamanı Şimali Koreyanın Qış Olimpiya Oyunlarında iştirakı məsələsi qısa şəkildə müzakirə edilib.