​Kim Çen ABŞ-la görüşü son anda təxirə saldı

Baxış sayı:
6274

ABŞ-ın vitse-prezidenti Mayk Pens Cənubi Koreyada keçirilən Qış Olimpiya oyunları zamanı Şimali Koreyadan olan rəsmilərlə tarixi bir görüş keçirilməsi üçün təşəbbüs göstərsə də, Kim Çen rejimi son anda görüşü ləğv edib.
Muxalifət.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert danışıb.
Noyert Şimali Koreyadan olan rəsmilərin görüşə son anda etiraz etdiyi üçün təəssüfləndiklərini bildirib.
Qeyd edək ki, ABŞ Qış Olimpiya oyunları zamanı Pxenyanla hər hansı bir görüşün planlaşdırılmadığını açıqlamışdı.