Kim Çen In ABŞ-a dəvət olundu - YENİLƏNİB-2, CANLI YAYIM

Baxış sayı:
4138

ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla görüşdə Şimali Koreya liderini Birləşmiş Ştatlara dəvət etdiyini bildirib.

CNN xəbər verir ki, o bunu jurnalistlərin sualına cavab verərkən deyib. "Onu indi Ağ evə dəvət edəcəyəm", - o bildirib.

Kim Çen In öz növbəsində bildirib ki, Trampın onunla Pxanmuncom sərhəd məntəqəsində görüşmək istəyi barədə "Twitter"dən xəbər tutub.

"Mən sizin "Twitter"dəki təklifinizi eşidəndə, çox təəccübləndim və yalnız gecəyarı sizin təklifinizi qəbul edə bildim", - deyə o bildirib.

KXDR lideri Trampın Şimali Koreya sərhədini rəmzi olaraq keçməsini tarixi hadisə adlandırıb.

Tramp, Kim Çen In və Cənubi Koreya Prezidenti Mun Çje İn sərhədin Cənubi Koreya tərəfindəndəki Azadlıq evində üçtərəfli görüş keçirib.

***
 

Pxanmuncom danışıq məntəqəsində ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen In arasında görüş başlayıb.

*   *   *10:58

ABŞ Prezidenti Donald Tramp Koreya yarımadasında hərbsizləşdirilmiş zonaya gedib.

RİA "Novosti" xəbər verir ki, o, burada Şimali Koreya lideri Kim Çen Inla görüşəcək.