Killer məşhur müğənnini öldürdüyünü ETİRAF ETDİ - FOTO

Baxış sayı:
9783

Ömürlük cəza alan "Tver canavarları" dəstəsinin qatili olan Aleksandr Aqeyev, avqustun 6-da müğənni Mixail Kruqun evində baş verən istintaq eksperimentində iştirak edərək sənətçini öldürdüyünü etiraf edib.
"Ölkə.Az" Rusiya mətbuatına istinadən xəbər verir ki,  istintaq araşdırması zamanı məlum olub ki,  Aqeyevin bu işdə əlinin olmasını dəstənin digər killeri  Aleksandr Osipov açıqlayıb. Ageev ifadəsində qətli törətdiyini etiraf edib..
Qeyd edək ki, şanson mahnıların ifaçısı kimi tanınan Mixail Kruq 1 İyul 2002-ci il tarixində, Tverdəki evində öldürülüb. Sənətçi bir neçə güllə yarası alıb, ancaq özünü qonşusunun evinə çatdıra bilib. Qonşusu onu xəstəxanaya aparsa da, həyatını xilas etmək  mümkün olmayıb. 

Image result for Mixail Kruq