​Kılıçdaroğluna yazığım gəlir - Baxçalı

Baxış sayı:
5809

Bizə saray gözətçisi deyən CHP sədri Kamal Kılıçdaroğluna yazığım gəlir.
Muxalifet.az xəbər verir ki, bu sözləri MHP sədri Dövlət Baxçalı partiyasının qurulmasının 50-ci ildönümündə deyib.
"Kılıçdaroğluna yazığım gəlir, pərişan olmasına kədərlənirəm. O da bilir ki, Türkiyə üçün gözətçi də olmağa hazırıq. Türk milləti üçün üzərimizə düşən gözətçilik etməkdirsə, sevə-sevə edərik".
Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu "Saraya sual verdim, gözətçidən cavab gəldi", deyərək Dövlət Baxçalını nəzərdə tutub.