Kılıçdaroğluna daha bir zərbə: O da istefa verdi - Səbəb

Baxış sayı:
12760

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının Adana şəhəri üzrə rəhbəri Əmrah Kozay vəzifədən istefa verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Tvitter hesabında məlumat yayan Kozay TBMM üçün hazırlanan siyahı barədə onlara məlumat verilmədiyi üçün istefa verdiyini bəyan edib.
Kozay bildirib ki, bölgə təşkilatına seçki komissiyasına veriləcək siyahı barədə bir söz deyilməyib və təşkilatın fikri nəzərə alınmayıb:
"Bu vəziyyəti qəbul etməyim mümkün deyil. Bu baxımdan dəyərli partiya yoldaşlarım adına prinsipial bir mövqe nümayiş etdirərək partiyadan ayrılmaq qərarı verdim".