Kılıçdaroğlu Güllə gizli şəkildə görüşdü - İddia

Baxış sayı:
4753

Türkiyənin sabiq prezidenti Abdullah Güllə CHP sədri Kamal Kılıçdaroğlu arasında hər hansı gizli görüş olmayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə mərhum türkiyəli biznesmen Abdullah Tivniklinin oğlu məlumat yayıb. O, sabiq prezidentlə CHP sədrinin onlara məxsus yaxtada gizli şəkildə görüşməsi ilə bağlı yayılan iddiaları təkzib edib:
“Atam Abdullah Tivnikli 2018-ci ilin noyabrında vəfat edib. İctimaiyyətə məlum olduğu kimi, atamın dəfn mərasimində Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və dövlət rəsmilərimiz şəxsən qatılıb. Daha sonra cənab Kamal Kılıçdaroğlu da başsağlığı üçün gəlmək istədiyini desə də, 31 mart seçkiləri ilə əlaqədar ziyarəti 2 may 2019-cu il tarixində baş tutub. Kılıçdaroğlunun başsağlığı ziyarətində cənab Gürsəl Təkin, məsləhətçisi və 3 yaxın mühafizəçisi iştirak edib. Bu görüşdə yazıldığı kimi, gizlilikdən söhbət gedə bilməz. İddia edildiyi kimi, sabiq prezident A.Gülün bu görüşlə heç bir əlaqəsi yoxdur. Görüşlə bağlı yazılanlar xəyal məhsuludur”.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mahmud Övür K.Kılıçdaroğlunun Tivnikli ailəsinə başsağlığına getdiyi zaman gizli şəkildə onlara məxsus yaxtada sabiq prezident A.Güllə görüşdüklərini iddia etmişdi.