“Keşlə” Türkiyə toplanışını qələbə ilə başa vurub

Baxış sayı:
3352

Bu gün “Keşlə” Türkiyə toplanışı çərçivəsində son yoxlama matçını keçirib.

APA-nın məlumatına görə, bakılılar Türkiyənin aşağı liqa təmsilçisi “Batman Petrolspor” komandası ilə qarşılaşıblar.

Paytaxt təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. Oyunda heyətə yeni cəlb olunmuş Lorenzo Rodriqes Frutos və Vüsal İsgəndərli fərqləniblər.

Qeyd edək ki, “Keşlə” avqustun 5-də Bakıya dönəcək.