Keşiş Brunsonun saxlandığı küçədə casus qaynayır: TÜRKİYƏ-ABŞ KƏŞFİYYATI ÜZ-ÜZƏ

Baxış sayı:
5299

ABŞ-ın keşiş-casusu Brunsonın İzmirdəki evinin yerləşdiyi küçədə MKİ və Mossada bağlı kəşfiyyat işçilərinin fəallığı aşkar edilib. Türk polisi bölgədə atılan hər bir addımı anlıq izləməyə alıb.
 
Türkiyə ilə ABŞ arasında qarşılıqlı sanksiyalar tətbiqinə səbəb olan casus Endryu Kreyq Brunsonın ev həbsində tutulduğu İzmirdəki küçədə quş belə uçurdulmur. Türk kəşfiyyatı və təhlükəsizlik güclərinin qoruduğu Brunsonın qaçma və ya qaçırılma ehtimalına görə, sıx təhlükəsizlik tədbirləri həyata keçirilir. Amerikalı casusun saxlandığı küçədə artan xarici ölkələrin xüsusi xidmət orqanlarının casuslarının hərəkətliliyi də sıx təqibə alınıb. Brunsonu evində iki dəfə ziyarət etmək istəyən ABŞ-ın Avropa Qüvvələri Komandanı və NATO Müttəfiq Qüvvələr Hərəkat Komandanı, Ordu generalı Kortis Scaparrotti, üstünün axtarılmasına icazə vermədiyi üçün geri qaytarılıb.
 
HƏR ADDIMI İZLƏYİRLƏR
 
Casusluq və terror cinayətlərinə görə, 35 ilə qədər həbs cəzası tələbi ilə ittiham olunan keşiş olduğu iddia edilən ABŞ-ın keçmiş xüsusi təyinatlı qüvvələrinin hərbçisi Brunsonın İzmirdəki 1 saylı F Tipli Həbsxanada qaçırılmaq istəndiyi iddia edilib. Ancaq tək başına bir kamerada saxlanılan və həbsxananın yüksək səviyyəli rəhbərlərindən başqa, nəzarətçilərin belə görmədiyi Brunsona qarşı belə bir təşəbbüslərin imkansız olduğu müəyyən olunub. Elektron qandal ilə İzmirdəki evində həbsdə olan və ciddi nəzarət altında olan Brunsonun, xarici xüsusi xidmət orqanlarının onu Türkiyədən qaçırma ehtimalına qarşı da tədbir alındığı qeyd edilib. Kəşfiyyat mənbələrinə görə, Brunsonun evinin yerləşdiyi küçədə, başda ABŞ-ın MKİ və İsrailin Mossad Kəşfiyyat Xidməti olmaqla, xarici ölkələrin xüsusi xidmət orqanlarına bağlı casuslar müəyyən edilib. Amerikalı rəhbərlərin "yaxşı bir ailə atası və" keşiş” olduğunu iddia etdiyi Brunsonun küçəsindəki casus tranziti diqqəti çəkib. Tək-tək müəyyən olunan, ancaq hələ bir cinayətə yol vermədikləri üçün müdaxilə edilməyən bu casusların atdığı hər bir addım, aldığı hər nəfəs Türk kəşfiyyatı tərəfindən təqibə alınıb. Hətta zaman zaman bu xüsusi xidmət orqanlarının avtomobilləri arasında, döyüş təyyarələrinin göy üzündə gördüyü "it savaşı” kimi qarşıdurmalar da baş verib.
 
MKİ-nin ÜÇ QƏPİKLİK AĞLI
 
Brunsonun saxlandığı küçədəki kəşfiyyat “müharibə”sinə şahidlik edən keçmiş kəşfiyyat zabiti təqaüddə olan polkovnik Coşqun Başbuğ isə "Küçə və ətrafı sanki kəşfiyyat təşkilatlarının və polis təşkilatımızın manevr sahəsinə çevrilib. Amerika və İsrail üç qəpiklik ağlıyla ətrafda məlumat toplamaq istəyirlər. Ancaq köhnə kəşfiyyatçı əsgər olaraq böyük bir qürur və keflə buradan ifadə edirəm. Dövlətimizin ətrafdakı kəşfiyyat gücünü və hakimiyyətini birmənalı olaraq görürsünüz" deyə, söyləyib. "Brunsonın ABŞ-lı dostlarının oturduğu əsrarəngiz avtomobillə bizim əmniyyətçilərimizin avtomobili bu küçədə qarşı-qarşıya gəlib. Polis maşınımız, Amerikan casuslarının oturduğu avtomobillə burun buruna dayanaraq Amerikan ədəbsizliyini yerlə bir edib və geri çəkilməyə vadar edib" deyib.
Müxalifət.az