​Kerrinin Zəriflə MƏXFİ GÖRÜŞÜ: nələr müzakirə edilib?

Baxış sayı:
2680

2018-ci ildə ABŞ-ın keçmiş dövlət katibi Con Kerri bir neçə dəfə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Boston Qloub” qəzeti yayıb. Kerrinin Zəriflə görüşdə İranla imzalanan nüvə razılaşmasını müzakirə etdiyi bildirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə çıxış edərək, İranla razılaşmadan çıxa biləcəklərini açıqlayıb. Vaşinqton bu razılaşmadan narazı olduğunu və tezliklə ona dəyişikliklər edilməsi gərəkdiyini bildirib.