Kerç boğazında 2 gəmi toqquşdu: Çox sayda ölən var

Baxış sayı:
5443

Rusiyanın Krasnodar vilayətinin Kerç Boğazında Tanzaniya bayraqlı gəmidə çıxan yanğın digər gəmiyə də sıçrayıb. Hər iki gəmidə olan 16-sı Türk, 15-i Hindistan əsilli heyət üzvləri gəmilərdən tullanaraq xilas olmağa çalışıb. Rusiya Nəqliyyat Nazirliyinin etdiyi açıqlamada, hadisədə 10 heyət üzvünün həyatını itirdiyini bildirib.
 
Türkiyənin Novorosiyisk Baş Konsulluğundan edilən açıqlamada isə, Türk heyətin vəziyyətinin müəyyən edilməsi ilə bağlı araşdırma aparıldığı, 3 cəsədin kimlik müşahidəsinin aparılacağı bildirilib.
Yanğının mayeləşdirilmiş qazın gəmidən digər gəmiyə transferi zamanı meydana gələn partlayış nəticəsində başladığı və yanğınla birlikdə bir gəmidə partlayışlar baş verdiyi öyrənilib.
Müxalifət.az