​Kerç boğazı blokadaya alınacaq – UKRAYNALI ADMİRAL

Baxış sayı:
3583

Kiyev Kerç boğazının Rusiya tərəfindən blokadasına və gəmilərin konvoyla müşayiət olunmasına mütləq hazır olmalıdır.
Muxalifət.az xəbər verir ki, bunu “Obozrevatel” portalına müsahibəsində Ukrayna müdafiə nazirinin keçmiş müavini, ehtiyatda olan admiral İqor Kabanenko deyib.
Bir müddət öncə Ukrayna Dövlət Sərhəd Xidməti Rusiya tərəfinin hər gün Azov dənizində Ukraynaya məxsus gəmiləri baxış üçün saxladığını açıqlayıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Krım idarəsi isə buna cavab olaraq yoxlamanın beynəlxalq dəniz hüququnun tələblərindən irəli gəldiyini bildirib.
Situasiyanı şərh edən İ.Kabanenko Ukrayna tərəfinin təcili şəkildə mülki gəmilərin hərbi gəmilərlə müşayiət olunması prosesinə başlanmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, belə olan halda gəmilərin saxlanılması hərbi təcavüz aktı kimi qiymətləndiriləcək.
Qeyd edək ki, Azov dənizində vəziyyət mart ayından etibarən gərginləşməyə başlayıb.