Keçmiş vəkili Trampın üzünə durur - prezident xeyriyyə fondunun hesabına öz portretlərini alıbmış

Baxış sayı:
13708

ABŞ prezidenti Donald Trampın vəkili Maykl Koenin keçmiş şefini rüsvay edən açıqlamaları mediada Tramp-Kim görüşündən də önə keçib.
Qərb mətbuatı M.Koenin açıqlamalarını həvəslə yayırlar.
Fransanın “Le Figaro” qəzetinin məlumatına görə, dövlət başçısı vaxtilə keçmiş vəkilinə portretlərini yüksək qiymətə ala biləcək yalançı hərrac iştirakçılarını tutmaq tapşırığını verib. Daha sonra portret 60 min dollara milyarder prezident tərəfindən öz xeyriyyə fondunun hesabına əldə olunub.
Xəbərin detalları müəllif Avrora Qaronun yazısında ətraflı şəkildə açıqlanıb.
Buna görə Maykl Koen and içərək başladğı nitqində Donald Trampın rəssam Uilyam Kviqli tərəfindən çəkilən portreti müxtəlif ianələr hesabına yığılan fonddan xərclədiyini və onu öz klublarının birindən asdığını bildirib.
Sübut olaraq Maykl Koen Donald Trampın hərracla bağlı yazılı qeydinin surətini ortaya qoyub.
Bunun üçün ABŞ-ın indi prezidenti Maykl Koenə Hempton şəhərində keçirilən hərraca qatılacaq adam tapmağı əmr edib.
Yuxarıda göstərildiyi kimi, portret 60 min dollara saxta iştirakçı tərəfindən alınıb. Bundan sonra Donald Tramp qeyri-kommersiya təşkilatı saylan “FondationTrump” dan həmin portretin alınması zamanı ödənilən xərcləri örtməyi tapşırıb.
ABŞ dövlət başçısı sevimili sosial şəbəkəsi tvitterdəki hesabında portretinin başqaları tərəfindən necə yüksək qiymətə satıldığı ilə öyünürmüş.
Qeyd olunur k, bu milyarder xadimin xeyriyyə fondundan öz şəxsi məqsədləri üçün istifadə etdiyi ilk hal deyil. 
Məsələn, 2016-cı ildə “The Washington Post” qəzetinin yazarı Devid Farenthold bununla bağlı iki bu cür fırıldağı aşkar etmişdi.
2018-ci ildə isə Nyu-York prokurorluğu Donald Trampa qarşı iddia ərizəsi qaldıraraq onun adına olan fondun qeyri-qanuni hərəkətlərinə görə ləğvini tələb edib.
“Araşdırma göstərir ki, “Fondation Trump” Donald Tramp və onun şirkətlərinin məqsədyönlülüyündən və qanuniliyindən asılı olmayaraq sadəcə çek kitabçası rolunu oynayıb”, - deyə prokuror Barbara Andervud bəyan edib.