​Keçmiş qaynını ürəyindən bıçaqlayıb qaçdı - YENİLƏNİB

Baxış sayı:
8302

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Müşfiq Ərəsov keçmiş qaynı, 1996-cı il təvəllüdlü İbrahim Etibar oğlu İsmayılovu ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib. O, daha sonra İbrahimin bacısına, yəni keçmiş həyat yoldaşı olan 1991-cil təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına da bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılaraq təcili əməliyyata alınıb. M.Ərəsov Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır. 20 iyun, 23:35 Bakının Suraxanı rayonunda bıçaqlanma olub. 35-40 yaşlarında olan Müşfiq Ərəsov keçmiş qaynına və həyat yoldaşına - 1991-cil təvəllüdlü Zülfiyyə Etibar qızı Ərəsovaya bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Z.Ərəsova dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılaraq təcili əməliyyata alınıb. Faktı Suraxanı Rayon Polis İdarəsi araşdırır./oxu.az