Keçmiş merdən İncəyə: Yeni partiya yarat

Baxış sayı:
3844

Sən milli birisən, sənə məsləhətim yeni partiya yarat.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyənin Ankara şəhərinin keçmiş meri Məlih Gökçək son günlər CHP-də sədr seçilməsi gündəmə gələn Məhərrəm İncəyə müraciətində deyib.
"İncə, biz müxəlifətik, ancaq sən milli birisən. Kamal Kılıçdaroğlu kimilərinin təlqinləri ilə siyasət yürütmürsən. Artıq CHP-də sənə həyat yoxdur. Əgər siyasətdən bir az anlayışım varsa, ilk seçkidə də CHP-ni keçəcəksən", - Gökçək bildirib.
Qeyd edək ki, son günlər Türkiyə mediasında CHP-də qurultayın keçiriləcəyi və M. İncənin başqanlığa namizəd olacağı barədə xəbərlər yayılır.