Keçmiş deputat parlamentdəki vəzifəsindən azad olundu

Baxış sayı:
1859

Keçmiş deputat Rifət Ağalarov Milli Məclisdəki vəzifəsindən azad edilib.

“Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

Sərəncamla R.Ağalarov Milli Məclis Aparatının Komitə və komissiyalar ilə iş şöbəsinin müdir müavini vəzifəsindən azad olunub. O, təqüdə göndərilib.

Qeyd edək ki, R.Ağalarov II çağırış (2000 – 2005) Milli Məclisin deputatı olub.