​Keçmiş Baş Qərargah rəisi prezident seçkilərində iştirak edəcək - MİSİRDƏ

Baxış sayı:
748

Misir Ordusunun keçmiş Baş Qərargah rəisi Sami Anan martın 26-28-də keçiriləcək prezident seçkilərində öz namizədliyini irəli sürəcəyini elan edib.
S.Anan 2005-ci ildə keçmiş Prezident Hüsnü Mübarək tərəfindən Baş Qərargah rəisi təyin olunmuşdu. 2012-ci ildə sabiq Prezident Məhəmməd Mursi tərəfindən bu vəzifədən azad edilib və müşavir vəzifəsinə təyin olunub. M.Mursi hakimiyyətdən kənarlaşdırılandan sonra isə o, bu vəzifədən də azad olunub.
Keçmiş Baş Qərargah rəisi 2014-cü ildə keçirilmiş prezident seçkilərində də öz namizədliyini irəli sürmüş, lakin sonradan namizədliyini geri götürmüşü./​strateq/