Kataloniyanın muxtarlığı ləğv edilə bilər - QANUN

İspaniya hakimiyyəti müstəqillik referendumuna cavab olaraq Kataloniyanın muxtariyyətini ləğv edə bilər. 
Bunu jurnalistlərə açıqlamasında Kataloniya hökumətinin rəsmi nümayəndəsi Jordi Turul söyləyib. Onun sözlərinə görə, İspaniya Konstitusiyasının 155-ci maddəsinin tətbiq edilməsi imkanları heç vaxt istisna olmamalıdır. 
Qeyd edək ki, İspaniya Konstitusiyasının 155-ci maddəsinə əsasən, əgər muxtariyyət Konstitusiya və digər qanunlarla üzərinə düşən öhdəlikləri yerinə yetirməyib, İspaniyanın dövlət maraqlarına ciddi ziyan vurarsa, Senatın əksər hissəsinin qərarını muxtariyyət icra etməyə məcburdur. İndiyə qədər bu maddə heç vaxt tətbiq edilməyib.