"Kataloniya referendumu qeyri-qanunidir" — Avropa İttifaqından AÇIQLAMA

İspaniyanın Kataloniya əyaləti müstəqillik referendumu keçirib.
 
Avropa İttifaqı Komissiyası dünən Kataloniyada keçirilən müstəqillik referendumundan sonra açıqlama verib. Açıqlamada keçirilən referendumun qeyri-qanuni olduğu bildirilir.
Komissiya referendumun İspaniyanın daxili problemi olduğunu qeyd edib. Avropa İttifaqı rəsmilərinin fikrinə görə, problem dialoq vasitəsilə həll edilməlidir.