Kataloniya lideri üçün yüz minlərlə İNSAN KÜÇƏYƏ ÇIXDI

Baxış sayı:
5884

Kataloniya siyasətçilərinin buraxılması üçün Barselonada 300 mindən çox adam küçələrə etiraza çıxıb.
 
İspaniyanın Barselona şəhərində 300 mindən çox adam küçələrə çıxaraq həbsdə olan Kataloniyanın doqquz siyasətçisinin sərbəst buraxılmasını istəyib. Şəhərin ən məşhur yerlərindən olan “Avenida Paralel”də toplanan insanlar müstəqillik tərəfdarı siyasətçilərin həbs olunmasına yol açan məhkəmə proseslərini etiraz edib.
 
PUÇDEMONT və DOSTLARINA DƏSTƏK OLDULAR
 
"Sizi evdə görmək istəyirik", "Məhbus siyasətçilərə azadlıq" şəklində şüarlar səsləndirən etirazçılar, 6 apreldə Almaniya məhkəmələri tərəfindən şərti olaraq sərbəst buraxılan Carles Puçdemont üçün də "Prezident Puçdemont" deyə, qışqırıblar.
Daha əvvəl təşkil edilən nümayişlərdən fərqli olaraq bu dəfəki aksiyalarda müstəqil olmayan partiyalar və həmkarlar ittifaqları da iştirak ediblər.
Müxalifət.az