​Katalon lider Madridə SÖZ VERDİ: Sadiq qalacağam

Baxış sayı:
611

Kataloniyanın keçmiş lideri Karles Puçdemon ötən il dekabrın 21-də muxtariyyət seçkilərinin nəticələrindən sonra deputat mandatını almaq üçün İspaniyanın Konstitusiyasına və regional nizamnaməsinə sadiq qalacağına söz verib.
Muxalifət.az xəbər verir ki, Puçdemon bununla bağlı and içdiyini bildirib.
Qeyd edək ki, İspaniya prokurorluğu Puçdemonu üsyan və qiyamda günahlandırır. İspaniya məhkəməsi onun ölkəsinə qayıdacağı təqdirdə həbs olunması üçün əmr verib.