Kaşıkçının nişanlısından ABŞ Konqresmenlərinə çağırış

Baxış sayı:
6355

Səuduyyə rəsmiləri tərəfindən qətlə yetirilən Camal Kaşıkçının nişanlısı Xədicə Çingiz ABŞ-ı öldürülməsindən 7 ay keçsə də, ABŞ-ın hələ də bir addım atmamasını tənqid edərək "ABŞ Konqresdə beynəlxalq bir araşdırma apara bilər" deyə Konqresmenlərə çağırış edib.
 
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi İnsan Hüquqları Alt Komitəsində iştirak edən Xədicə Çingiz Kaşıkçının öldürülməsi ilə əlaqədar qiymətləndirmə edib.
Cingiz nişanlısının öldürülməsindən sonra 2 oktyabrda böyük həyəcanla başlayan istintaq prosesiinin tamamilə səngidiyini, 7 ay keçməsinə rəğmən dünyanın bu mövzuda bir şey etmədiyinə inana bilmədiyini deyib.
ABŞ prezidenti Donald Trampın onu dəvət etdiyini, Amerika rəhbərliyinin zamanında nəsə edə biləcəyinə inandığını deyən Çingiz, "Ancaq keçən 7 ayda hələ eyni nöqtədəyik, heç bir şey edilmədi" deyib.
Çingiz Konqresmenlərə xitab edərək “2 oktyabrda yalnız Camal deyil, daha çox dəyərlər öldürüldü, Amerikanın müdafiə etdiyi dəyərlər də öldürüldü" deyib.
Müxalifət.az