​Kardaşyan da Trampa qarşı çıxdı: "Mənim qızım ondan daha yaxşı prezident olar"

Nadir hallarda siyasətdən danışan erməni pornoulduz Kim Kardaşyan növbəti müsahibələrinin birində ABŞ prezidenti Donald Trampı aşağılayıb.
Muxalifet.az bildirir ki, musavat.com bununla bağlı erməni mediasına istinadən məlumat verir.
“Bu, sirr deyil ki, mən hazırkı prezidentdən razı deyiləm. İstənilən başqa adam daha yaxşı prezident ola bilərdi, nəinki o. Mənim dörd yaşlı qızım daha yaxşı işlər görərdi, daha yaxşı prezident olardı, nəinki o” - deyə, 37 yaşlı gözəlçə iddialı danışıb.
K.Kardaşyan deyib ki, cəmiyyət yaxşı şeylərə nail olmaq, qürurlu yaşamaq üçün çox çalışdı, əziyyətlərə qatlaşdı. Amma bunun əvəzində ölkənin siyasət arenasında hər gün dəliliklər baş verir. “Hər yeni gün əvvəlkindən daha pis olur” - Kardaşyan iddia edib.
Erməni gözəlçə həmçinin deyib ki, sosial şəbəkələrdə siyasətdən bəhs edən materialları daha çox təqib etməyə çalışır. “Hərdən düşünürəm ki, mən siyasətdən daha çox danışmalıyam” - deyən pornoulduz qeyd edib ki, bu sahədə çox ehtiyatlı olmaq lazımdır. Dediyinə görə, fikirlərini qəbul etməyənlərə gərək hörmətlə yanaşasan və heç kimi yaralamayasan. K.Kardaşyan Trampın Twitter izləyicisi olmadığını da deyib. Amma əlavə edib ki, Obamanın izləyicisidir.