"Kanal 13"ün direktoru 6 il azadlıqdan məhrum edildi

Baxış sayı:
3807

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə "Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Bugünki iclasda Ə.Orucovun vəkilləri çıxış edərək, ona bəraət istəyiblər.
Sonra Ə.Orucov son sözlə çıxış edib. O da çıxışında barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Hakimlər heyəti hökmü elan etmək üçün müşavirəyə gedib.
Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Əziz Orucov 2014-cü ildə yerli və xarici QHT-lərə qarşı cinayət işi çərçivəsində məsuliyyətə cəlb edilib.
O, Cinayət Məcəlləsinin 192.2.2 (külli miqdarda mənfəət əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunub. Həmin maddələr üzrə maksimum cəza 8 ilədək azadlıqdan məhrumetmədir.