​Kanadada Azərbaycan şəhəri ilə bağlı mühüm addım

Baxış sayı:
1048

Kanadanın Riçmond Hill şəhərinin Bələdiyyə İdarəsi xiyabanlardan birinə “URMIA” adı verib.
Muxalifet.az xəbər verir ki, Bələdiyyə İdarəsinin bu qərarı azərbaycanlı siyasətçi, tanınmış alim Dr. Rza Moridinin səyləri nəticəsində mümkün olub.
Dr. Rza Moridi Güney Azərbaycanın Urmiyə şəhərində doğulub. Uzun illərdir Kanadada yaşayan soydaşımız 2007-ci ildən Richmond Hill şəhərindən Ontario parlamentinə 4 dəfə deputat seçilib.