KAMİL ZEYNALLI MOSKVADA SAXLANILDI - Nədə ittiham olunduğu açıqlandı / VİDEO, YENİLƏNİB

Baxış sayı:
3943

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tanınmış idmançı Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır:

“Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa bildiriləcək”.

***09:38

Tanınmış idmançı Kamil Zeynallının Rusiyada saxlanılma görüntüləri yayılıb.

Stopnarkotik.az xəbər verir ki, videoda K.Zeynallının üzərindəki əşyaların müsadirə olunması əks olunub. 

Həmin görüntüləri təqdim edirik:

***08:55

İdmançı Kamil Zeynallı Azərbaycana qayıdarkən Rusiyanın Domodedovo hava limanında saxlanılıb. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib. 

Kamil Zeynallı Ermənistan tərəfindən hələ ötən ilin mayından beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını bildirib. 

Dövlət orqanlarına yardım üçün müraciət edən idmançı Rusiya tərəfindən Ermənistana təhvil veriləcəyini deyib. 

Kamil Zeynallı sabah hakim qarşısına çıxarılacaq.