“KamAZ” piyadanı vuraraq öldürüb - BAKIDA

Bakıda yük maşını yolu keçən piyadanı vuraraq öldürüb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 8-də saat 21 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində Bakı şəhər sakini Fəxrəddin Məmmədov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Abşeron rayon sakini Qəşəm Dünyamalıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.