Kamal Öksüzə iki aylıq həbs cəzası verildi

Baxış sayı:
7582

İrəvan məhkəməsi Ermənistan Baş Prokurorluğunun müraciətinə əsasən, ABŞ-da axtarışda olan və Ermənistanda yaxalanmış Kevin (Kamal) Öksüzü həbs edib. Hurriyyet.org xəbər verir ki, Kamal Öksüz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ermənistanda MMC təsis eləyibmiş. ABŞ polisi tərəfindən axtarışda olan Kamal Öksüz Ermənistanda 2 aylığa həbs olunub.

Qeyd edək ki, Kamal Öksüz kifayət qədər tanınmış adamdır, Fətullah Gülənə bağlı şəxsdir və bir neçə il əvvələ qədər Hyustonda “Azərbaycanın Dostları Assosiasiyası”ına başçılıq edirdi. Habelə o, Türk Amerikan Alyansı və ona bağlı “Turquoise Council for Americans and Eurasians” adlı təşkilatlara da başçılıq edib. Öksüz Texasda yerləşən “TDM Contracting” şirkətinin də sahibi olub. Həmin şirkət ABŞ-dakı Gülən məktəblərinin tikintisini maliyyələşdirib.

2013-cü ildə Öksüz bir qrup konqresmenin Azərbaycana və Türkiyəyə səfərlərini təşkil etmişdi. Həmin səfərlərə görə qalmaqal yaranıb və Konqresin etika komissiyası konqresmenlərin barəsində araşdırmaya başlamışdı.