Kaliforniya parçalanır: “Yeni Kaliforniya” əyaləti YARANIR

Baxış sayı:
3094

ABŞ-da gündəmi sarsan "yeni əyalət" problemi yaşanmaqdadır. Ölkənin ən böyük əyalətlərindən olan Kaliforniyada bir qrup separatçı, "Yeni Kaliforniya" adı ilə yeni bir əyalət kimi müstəqilliyini elan edib.

“USA Today” qəzetinin xəbərinə görə, Amerika konstitusiyasının 4-cu maddəsinin 3-ci bəndini əsas göstərərək müstəqilliklə bağlı müraciətin təşəbbüskarı Pol Preston, etdiyi mətbuat açıqlamasında "Qanuni orqanlarla birlikdə bu prosesin necə işləyəcəyini müzakirə edirik. Özümüzü idarə etmə haqqını əldə etmədən əvvəl tələblərimizi və əsaslarımızı xalqa anlatmaq üçün mitinqlər keçirməyimiz lazımdır" deyə bildirib. Preston, "ABŞ-dan deyil, sadəcə Kaliforniyadan ayrılmaq istəyirik" deyə, söyləyib.
Preston ayrılmaq istəklərinin səbəbini isə, Kaliforniyanın sahil hissələri ilə daxildəki insanların fərqli gəlir mənbəyinə malik olmalarına rəğmən eyni qanunlarla və vergi qaydaları ilə idarə edilməsinin ədalətli olmaması ilə izah edib.
Müxalifət.az