"Kalaşnikov" yeni tapançasını təqdim edib

Yeni tapança uzunluğu, hündürlüyü və çəkisi ilə baza modelindən fərqlənir
 
"Kalaşnikov" konserni "Lebedev PL-15k" tipli yığcam tapançasını təqdim edib.
Bu barədə "Kalaşnikov media"nın mətbuat xidmətinin məlumatında deyilir.
"Yığcam "PL-15k" "Makarov" tapançasının hazırda tutduğu yeri tam əvəz edə bilər", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, yeni tapança uzunluğu, hündürlüyü və çəkisi ilə baza modelindən fərqlənir, PL-15k-nın sandığının tutumu 14 ədəd patron təşkil edir, ölçüsü 9x19-dur./report