​Kainat gözəli ad gününə bir gün qalmış öldü

Baxış sayı:
6673

Keçmiş Kainat gözəli ad gününə 1 gün qalmış ürək tutmasından vəfat edib.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, 2017-ci ildə Gənclər arasında Kainat gözəli yarışmasının qalibi Hollandiyalı Lotte van Der Zee xizək mərkəzində tətildə olarkən ölüb.
İstirahət üçün getdiyi Avstraliyada qaldığı oteldə huşsuz halda tapılan Lotte van der Zeeyə təcili müdaxilə edilib, Almaniyada xəstəxanaya yerləşdirilib. Xəstəxanada görülən tədbirlərə baxmayaraq, o, ürək tutmasından ölüb.
Onun ailəsi ölüm xəbərini İnstagram hesabında paylaşıb: “Dəyərli qızımız, hər şeyimiz matın 6-da axşam saat 22:47-də vəfat etdi. Sevgili Lottemiz artıq ətrafımızda olmayacaq. Bu dəhşətli, gerçəkdir. Ürəklərimiz qırılıb. Dua edin. Bütün dualarınız üçün təşəkkür edirik”.
Ailəsi həmçinin qızlarının ad günündən bir gün əvvəl dostları ilə görüşdüyünü və həmin görüşdən çox xoşbəxt şəkildə qayıtdığını deyib.