Kadırovun hədəsinə KREMLDƏN CAVAB

Əgər Rusiya Myanmada cinayətlər törədən “şeytanlar”ı dəstəkləsə, Rusiyanın bu mövqeyinə qarşı çıxacam”

Çeçenistan başçısı Ramzan Kadırov özünün İnstaqram səhifəsində canlı yayımda Myanmada müsəlmanlara qarşı törədilən soyqırımını şərh edib. Xatırladaq ki, srağagün Moskvada müsəlmanlar Myanma səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.
Kadırov öz çıxışında Rusiya KİV-i fəaiyyətsizlikdə ittiham edib. “Avropada hardasa partlayış olanda bizim şərəfli KİV dərhal reaksiya verir. Amma üç günə bir neçə min adam öldürülür, hamı susur”, - kadırov bildirib.
O həmçinin qeyd edib ki, Myanmaya “ordu yeritmək” barədə tez-tez müraciətlər alır. Kadırov vurğulayıb ki, bu, onun səlahiyyətində deyil və təkbaşına belə qərar verəı bilməz. Lakin onu da əlavə edib ki, əgər Rusiya Myanmada “cinayətlər törədən” “şeytanlar”ı dəstəkləsə, Rusiyanın bu mövqeyinə qarşı çıxacaq.
“Əgər Rusiya bu cinayətləri törədən şeytanları dəstəkləsə belə, mən Rusiyanın bu mövqeyinə qarşıyam. Mənim öz düşüncəm və mövqeyim var. Əminəm ki, bu gün hüç kim qatilləri dəstəkləməyəcək, lakin dövlət siyasətinin bəzi incəlikləri var ki, buna da anlayışla yanaşmalıyıq”, - Kadırov bildirib.

Kremldə Kadırovun bəyanatını şərh etmirlər

"Myanmadakı vəziyyətlə bağlı Çeçen Respublikasının başçısı Ramzan Kadırovun bəyanatları ilə Kremldə hələ tanış olmayıblar, amma bütün dünyada müsəlmanlar bu ölkədəki vəziyyətə emosional reaksiya verirlər.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu jurnalistlərə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Sizə düzünü deyəcəyəm, mən bu mövzuda müxtəlif fikirlər oxumuşam. İndi onları çox səsləndirirlər. Biz o haqda informasiyalardan xəbərdarıq, bilirik ki, müsəlmanlar Myanmadakı bu hadisələri olduqca emosional qəbul edirlər, amma təəssüf ki, mən hələ onlarla şəxsən tanış olmağa imkan tapmamışam. Mən əvvəlcə məsələ ilə tanış olmaq və sonra hansısa qiymət vermək istəyərdim. Hələlik isə bunu etməyəcəyəm", — deyə D.Peskov Kremldə R.Kadırovun ölkə rəhbərliyinin Myanma hakimiyyətini dəstəkləyəcəyi təqdirdə Rusiyanın mövqeyinə qarşı çıxış edəcəyi barədə xəbərdalığına münasibət bildirərkən deyib.
D. Peskov onu da vurğulayıb ki, bəzilərinin cihad haqda çağırışları barədə də məlumatı var: "Düzünü desəm, bu yəqin, hüquq-mühafizə orqanlarının məşğul olacaqları məsələdir. Mən yenə təkrarlayıram, nəzərə alsaq ki, biz indi xaricdə-Syamenedəyik, buradan bu haqda danışmaq çox çətindir, buna görə mən bu məsələdə hər hansı şərhlərdən qaçardım".
Yeri gəlmişkən, dünən Çeçenistanın paytaxtı Qroznı şəhərində Myanmada müsəlmanlara qarşı törədilən soyqırımına etiraz edən 1 milyon nəfərdən çox yerli sakin mitinq keçirib.
 
Mitinqin əsas şüarı “Myanmada müsəlmanların soyqırımına yox!” olub. Respublika rəhbərliyi də mitinqdə iştirak edib.