​Kadırovdan ABŞ hədəsinə cavab: Gəlin, mehriban yaşayaq

Baxış sayı:
1438

Çeçenistan rəhbəri Ramzan Kadırov “Vkontakte” sosial şəbəkəsində ABŞ Daxili İşlər Nazirliyinin Rusiyanı dənizdən blokadaya alacaqları ilə bağlı hədəsinə cavab verib.
Muxalifet.az xəbər verir ki, R.Kadırov Vaşinqtonun bu yöndə addım atacağı halda Rusiyanın reaksiyasını gözdən keçirməyi məsləhət bilib.
“Əsassız mövzulara ehtiyac yoxdur. Dostlar, gəlin mehriban yaşayaq”, - deyə Çeçenistan rəhbəri qeyd edib.
Xatırladaq ki, ABŞ DİN-nin rəhbəri Rayan Zinke Rusiyanın dəniz limanlarını tutmaq imkanlarına malik olmaları yönündə çıxış etmişdi.