Kadırov müsəlmanlara 800 min dollar yardım ayırdı

Əhməd Kadırov Fondu Myanma müsəlmanlarına 800 min dollarlıq yardım ayırıb. 
Muxalifət.az xəbər verir ki, bunu “Kommersant” qəzetinə açıqlamasında Çeçenistandan olan senator Ziyad Sabsabi söyləyib. Onun sözlərinə görə, yardım Banqladeşdəki müsəlman qaçqınlarına veriləcək.
O, Banqladeş hökumətinin hazırda əsas qorxusunun bu yardımdan sonra Myanmadan ölkəyə daha çox müsəlman qaçqının gəlməsi olduğunu bildirib.