​Kadırov Arakana görə minlərlə çeçeni mitinqə çıxardı

Çeçenistanın paytaxtı Qroznuda Myanmada müsəlmanların kütləvi qətlinə qarşı etiraz aksiyası başlayıb.
Axar.az xəbər verir ki, aksiyada minlərlə insan iştirak edir.
Etiraz aksiyası zamanı “Myanmada genosidə yox”, “Birmadakı müsəlmanlara qarşı təyziqləri dayandırın” şüarları səsləndirilir. Mitinqə həmçinin Çeçenistan lideri Ramzan Kadırov, spiker Maqomed Daudov da qatılıb.