Kadırov: “ABŞ İrana qarşı ikiüzlüdür”

Baxış sayı:
2509

Rusiya İranda sülh və stabilliyin qorunmasında maraqlıdır. Muxalifet.az xəbər verir ki, bu sözləri öz Teleqram səhifəsində Çeçenistan rəhbəri Ramzan Kadırov paylaşıb. Onun sözlərinə görə, ABŞ-ın İran məsələsində mövqeyi Çeçenistanı narahat edir: “Donald Tramp İran hakimiyyətini İnstaqram və Teleqrama qoyulan bloku götürməyə çağırdı. Belə təqdim edilir ki, bu, insanların özünüifadə haqqına hörmətdir. Bununla belə, Tramp İranı terrorizmin əsas sponsoru adlandırmaqdan da çəkinmədi. ABŞ-ın mövqeyində ikiüzlülük var. Feysbuk mənim hesabımı tamamilə əsasız süni motivlərlə bağlayanda Vaşinqton sadəcə susur”.