​Jirinovskidən Bakıya məsləhət: Fikir verməyin – VİDEO

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl-Saudun Rusiyaya tarixi səfərini, həmçinin Avropa Şurasının baş katibi Torbyörn Yaqlandın Azərbaycan barədə dediklərini şərh edib.
Muxalifet.az-ın Moskva-Baku nəşrinə istinadən məlumatına görə, Jirinovski bildirib ki, Səudiyyə Ərəbistanı kralının səfəri Yaxın Şərqin Rusiyaya qarşı meylli olduğunu göstərir.
Avropa Şurasının baş katibi Torbyörn Yaqlandın bəyanatına qaldıqda isə, deputat hesab edir ki, Azərbaycan onun sözlərinə fikir verməməlidir.
“Onlara  fikir verməyin və belə cavab verin: Avropanın özündə insan hüquqlarına ən vəhşi şəkildə riayət olunmur”, -  Jirinpvski bildirib.