Jirinovski: Ermənilər Paşinyana görə peşman olacaq
15-05-2018 20:13
Baxış sayı:
3655
Ermənilər Paşinyanı hakimiyyətə gətirdikləri üçün peşman olacaqlar.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Dumada keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, inqilab istəyənlər bilməlidir ki, ondan sonra həmişə pis olur:
“Paşinyan yaxşı nəsə etmək istəyir, amma onda heç nə alınmayacaq. Blokadada olan Ermənistanı çiçəkləndirmək olmaz. Onun daxili resursu yoxdur”.