JİRİNOVSKİ: “Bakı? Onun yanında Qarabağ var...”

Baxış sayı:
5107

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Yekaterinburq şəhərində EKSPO-2025 sərginin keçirilməsi ideyasını dəstəkləyib.
Muxalifət.az xəbər verir ki, Beynəlxalq Sərgi Bürosunun komissiyasının qarşısında çıxış edən Jirinovski əsas diqqətin təhlükəsizliyə yönəldilməsini istəyib.
“EKSPO-2020 Dubayda olacaq. Orada Yaxın Şərqin bütün terrorçuları istirahət edirlər. ESKPO üçün Yaponiyanın Osaka şəhəri də iddialıdır. Orada isə təhlükəli seysmik zona var və zəlzələ ola bilər. Bakı? Onun yanında Qarabağ və bütün Yaxın Şərqin çətin torpaqları var. Amma Sverdlovsk vilayəti dünyanın ən təhlükəsiz yeridir”, – deyə o bildirib.