İzmirdə zəlzələdən ölənlərin sayı 92 nəfərə çatdı

Baxış sayı:
1089

Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində həlak olanların sayı 92-yə yüksəlib.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Anadolu” yayıb.

Qeyd olunub ki, yeraltı təkandan yaralananlardan 147 nəfərinin müalicəsi davam edir.

Xatırladaq ki, oktyabrın 30-da İzmirdə 6,6 bal gücündə zəlzələ olub. Hadisə nəticəsində şəhərin bir sıra binaları dağılıb.