​İvanka Trampla FED prezidenti arasında MƏXFİ GÖRÜŞ

FED prezidenti Canet Yellenin iyul ayında İvanka Tramp ilə gizli görüş keçirdiyi bəlli olub. Hurriyyet.org xəbər verir ki, bu görüşdən sonra Yellenin növbəti dövr üçün də FED rəhbəri vəzifəsində qalacağına qərar verildiyi iddia edilir.
ABŞ prezidenti Donald Trampın FED rəhbəri Janet Yellenin ikinci dövr üçün namizədliyini vermək fikrində olmasını deməsindən bir həftə əvvəl, iyul ayında İvanka Tramp ilə görüş keçirdiyi aşkara çıxıb.
FED-in aylıq fəaliyyət təqvimində yerləşən məlumata görə, Yellen ilə prezident Trampın müşaviri İvanka Tramp arasında görüş iyulun 17-də keçirilib, bir saat davam edib.
ABŞ prezidenti Tramp iyulun 25-dəki çıxışında Yellenin yaxşı işlədiyini və ona hörmət bəslədiyini, növbəti 4 ildə də onu vəzifə başında görmək istədiyini bildirmişdi. FED-in mətbuat katibliyi isə iyul ayındakı görüş ilə bağlı mətbuata açıqlama verməyib.
 


Hurriyyet.org