İvanişvilidən siyasilərə xəbərdarlıq:"Zurabişvili seçilməsə, özünüzü zibilxanada hiss edəcəksiz"

Baxış sayı:
1064

Gürcüstanın hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının təsisçisi, milyarder Bidzina İvanişvili prezident seçkiləri ilə əlaqədar bəzi siyasətçilərə xəbərdarlıq edib.

Muxalifet.az bildirir ki, bu barədə B.İvanişvili seçkiöncəsi bütün siyasi tərəfdaşlarını prezidentliyə namizəd Salome Zurabişvilinin qələbəsini təmin etməyə çağırıb.
O deyib: “Salome Zurabişvili prezident seçkilərinin ikinci turunda qalib gəlməsə, siyasi liderlərin bir neçəsi özlərini zibilxanada hiss edəcəklər”.