​İTV-nin kabel yayımı dayandırıldı – XƏBƏRDARLIQSIZ

Bu gün saat 14:00-dan sonra Milli Televiziya və Radio Şurası tərəfindən İctimai Televiziyanın kabel yayımı dayandırılıb.
Muxalifet.az-ın əldə etdiyi məlumata əsasən, bu haqda öncədən İTV-yə məlumat verilməli olduğu halda, Milli Teleradio Şurası tərəfindən heç bir xəbərdarlıq edilməyib. Televiziyanın kabel yayımı dayandırıldığından hazırda İTV sadəcə peyk üzərindən yayımlanır.
Əldə etdiyimiz məlumata əsasən, Milli Teleradio Şurasının bu addımı İTV rəhbərliyinin ciddi narazılığına səbəb olub.
Mövzu ilə bağlı ətraflı məlumat verməyə çalışacağıq.

Muxalifet.az