İtkin düşən gəncin meyiti tapıldı: İntihar edib

Baxış sayı:
9451

Fevralın 22-də itkin düşən 1990-cı il təvəllüdlü Quliyev Pərviz İlqar oğlunun meyiti tapılıb. 
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, onun Sumqayıtda yerləşən dəniz kənarında olan obyektlərin birində intihar etdiyi məlum olub.
Məlumata görə, P.Quliyev özünü kəndirlə asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, P.Quliyev sonuncu dəfə metronun "Azadlıq" stansiyasının yaxınlığında görünüb və ondan sonra yoxa çıxıb. O, Azərbaycanın müxtəlif televiziya və xəbər saytlarında montajçı kimi çalışıb.