​İtkin düşən azərbaycanlı kapitan axtarılır

Baxış sayı:
10696

Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin itkin düşən azərbaycanlı kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları davam etdirilir. Bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov azərtac -a deyib. O bildirib ki, Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə fasiləsiz olaraq əlaqə saxlayır. Hadisənin nəticələrinin aradan qaldırılması və itkin düşən dənizçilərin tapılması istiqamətində lazımi qüvvələr səfərbər edilib və axtarışlar davam etdirilir. Qeyd edək ki, yanvarın 7-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisi qəzaya uğrayıb. Gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb. Gəminin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu həlak olub və onun meyiti sudan çıxarılıb.