İtalyan jurnalistdən Türkiyə və Ərdoğan etirafı

Baxış sayı:
6202

İtalyan jurnalist Giuseppe Martin Didonna Avropada aparılan Türkiyə və Ərdoğan əleyhinə kampaniyanı etiraf edib.
 
 Hər fürsətdə "demokratiya və insan hüquqları" bəhanəsi və "Türkiyə iqtisadiyyatı çökür" yalanı ilə beynəlxalq ictimai rəy yaratmaq istəyən Avropa mərkəzli qəzetlərinin nə qədər idarə olunan və konkret korporativ maraqlara xidmət etdiyi bir daha gözlər önünə sərilib. İtalyan jurnalist Giuseppe Martinin "Avropada Türkiyəni tənqid etsəniz məqalələrinizi satmağınız o qədər asanlaşır" deyə yazdığı bu sözlər Avropanın iç üzünü ortaya qoyub.
Avropanın Türkiyə haqqındakı həqiqətləri görməməzliyə vurmaq istədiyi və idarə olunan xəbərlərlə ictimai rəyi çaşdırmaq əməliyyatı aparmaq istədiyi, İtalyan jurnalist Didonnanın sözləri ilə bir daha təsdiqini tapıb.
 Giuseppe Martin Didonna "Avropada Türkiyəni tənqid etsəniz məqalələrinizi satmağınız o qədər asanlaşır. Məsələn, Türkiyədə Avropa ölkələrinin heç birində görmədiyim, qaçqınlar üçün ən yaxşı inteqrasiya sistemi var. Amma bunu yazmırsınız, çünki satılmaz və kimsə də bunu oxumaq istəməz" deyə qeyd edib.
Müxalifət.az